Yığma yüklər

Müxtəlif yığma (qarışıq) yüklərin daşınmasının təşkili 15 ildir Eleven Marine nin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bu xidmətə fərdi sahibkarlardan tutmuş iri istehsalçılar və idxalçılara qədər müxtəlif miqyaslı şirkətlər arasında tələbat var. Yığma yüklərin daşınması müxtəlif göndəricilər tərəfindən kiçikqabaritli malların bir nəqliyyat vasitəsində bir istiqamətə çatdırılmasını ehtiva edir. Bu cür çatdırılma üsulu nəqliyyat vasitəsində boş yerin səmərəli istifadəsi hesabına daşımanın qiymətini azaltmağa, daşınan malların təhlükəsizliyinə zəmanət verməyə imkan yaradır. Eleven Marine Rusiya üzrə və onun hüdudları kənarına yığma yüklərin daşınmasının bütün üstünlüklərindən istifadə etməkdə öz müştərilərinə kömək edir. Əməkdaşlarımız müştərinin tələbatlarını və yükün səciyyəvi xüsusiyyətlərini təhlil edirlər, ən münasib çatdırılma marşrutunu tərtib edirlər və onun dəyərini hesablayırlar. “AsstrA” daşıma coğrafiyasından asılı olmayaraq, malların daşınmasını müəyyən edilmiş müddətə qəti şəkildə uyğun olaraq təşkil edir. Etibarlı nəqliyyat şirkətləri və digər tərəfdaşlarla sıx əməkdaşlıq sayəsində çevik qiymət siyasətini aparmağı və yüksək xidmət səviyyəsini qorumağı bacarırıq. “AsstrA” ilə yığma yüklərin çatdırılmasının hər bir xırdalığında İsveçrə keyfiyyət standartı var.

Müştəriyə yönümlülük

Bütün Avropa üzrə yüklərin “qapıdan qapıyadək” çatdırılması

Bütün Avropa regionu üzrə ayrı-ayrı kiçiktonnajlı avtomobillərlə yüklərin “qapıdan qapıyadək” ekspress çatdırılması

Qiymət qoyulmasına qarşı şəffaf yanaşma;

Eleven Marine - nin təcrübəli mütəxəssisləri yükün səciyyəvi xüsusiyyətlərindən və müştərinin tələbatlarından asılı olaraq, uyğunlaşdırılmış nəqliyyat vasitələrini seçirlər. O cümlədən, avtomobil nəqliyyatı daşıma prosesinə nəzarət etmək üçün GPS sistemləri, habelə malların sürətlə yüklənməsi boşaldılması məqsədilə ixtisaslaşdırılmış avadanlıqla təchiz edilib. Əməkdaşlarımız hava, avtomobil, dəniz və dəmir yol nəqliyyatından istifadə etməklə daşınmanın kombinə edilmiş sxemlərini tərtib edirlər.

“Eleven Marine” 15 ildən artıqdır yığma yüklərin daşınmasınıtəşkil edir. Şirkətimiz bu müddət ərzində müxtəlif sahələrin özəlliklərini və fəaliyyət sferalarını öyrənib, buna görə də hər bir müştəri konkret tapşırığın sınanmış və səmərəli həllini əldə edir.

Eleven Marine geniş filial şəbəkəsini Avropa və MDB-nin 18 ölkəsində inkişaf etdirib. Əməkdaşlarımız xarici dillərə yiyələniblər və müştərinin harada olmasından və saat qurşağından asılı olmayaraq, onunla həmişə əlaqə saxlayırlar. Coğrafi təmsilçiliyin inkişafı, həmçinin daşıma prosesinə nəzarəti xeyli asanlaşdırır.

Eleven Marine nin təcrübəli mütəxəssisləri bir logistik operator tərəfindən xidmətlərin tam kompleksini təqdim edir: daşımalar, gömrük müşayiəti, sığortalama, anbar xidmətləri, konsaltinq, layihə logistikası, logistik servis. “AsstrA”nın dünyanın 18 ölkəsində filialları olması ilə yanaşı, 8 gömrük agentliyi də var, bu da bizə innovativ logistik və nəqliyyat həllərini daim təkmilləşdirməyə və hazırlamağa imkan verir.

Eleven Marine təkcə yığma yüklərin beynəlxalq daşınmalarını təşkil etmir, həm də nəqliyyat xidmətlərinin etibarlı tədarükçülərini daşımaların həyata keçirilməsinə cəlb edir. Nəqliyyat tərəfdaşlarımız Bizimlə uzunmüddətli müqavilələr əsasında əməkdşalıq edirlər, bu da bazar şəraitindən asılı olmayaraq, KPI üzrə yüksək göstəricilərin əldə olunmasına zəmanət verir. “AsstrA”nın nəqliyyat tərəfdaşlarının bütün zəruri lisenziyaları və icazələri, daşıyıcının məsuliyyət sığortası üzrə müqavilələri var.