Dənİz yolu daşımaları
- ƏSAS SƏHİFƏ
- Dənİz
Eleven Marine dəniz yük daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. Dəniz yük daşımaları seqmenti sabit yüksək tələbatla seçilir. Bu seqmentdə tələbatlılıq və yüksək yük dövriyyəsi dəniz və çay nəqliyyatının təsir bağışlayan imkanları və nisbətən sadə daşıma prosesi ilə izah edilir. Məsələn, dəniz yük daşımalarının populyarlığı su nəqliyyatının yüksək yükgötürmə qabiliyyəti, aşağı maya dəyəri və buraxılış qabiliyyətinin minimum məhdudiyyətləri ilə şərtlənir. Uzaq məsafələrə yükün çatdırılması zamanı dəniz gəmilərindən istifadə daşıma xərclərini optimallaşdırmağa və pul vəsaitlərinə qənaət etməyə imkan verir. Konteyner daşımaları əlavə təhlükəsizlik zəmanətləri verir və kiçik ədədhesabı mallara xidmət göstərilməsini sadələşdirir. “AsstrA” dəniz nəqliyyatı ilə konteynerlərdə yük daşımaları təşkil və təmin edir ki, müştərilərimiz onların bütün üstünlüklərini hiss etsinlər. Mütəxəssislərimiz sifarişçinin fərdi tələbatlarını təhlil edirlər, daşınan malın səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar, Avropa, MDB, Baltikyanı, Balkan və Mərkəzi Asiya ölkələri üzrə ən münasib çatdırılma marşrutunu tərtib edirlər. Eleven Marine marşrutun məsafəsindən asılı olmayaraq, istənilən malın vaxtında daşınmasını təmin edir. Şirkətimiz beynəlxalq nəqliyyat şirkətləri ilə məhsuldar əməkdaşlıq sayəsində çevik qiymət siyasətini aparır və sabit yüksək xidmət səviyyəsini qoruyur.
Müxtəlif həcmli standart konteynerlər
Əndazəsiz (qabaritsiz) yüklərin daşınması üçün xüsusi konteynerlər
Maye yüklərin nəqli üçün tank-konteynerlər
Tökmə (aşırma) və qabsız yüklərin nəqli üçün konteynerlər
Temperatur rejiminə riayət edilməsini tələb edən yüklərin nəqli üçün soyuducu konteynerlər
Avtomobillərin daşınması üçün konteynerlər
Kiçik partiyalı yüklər üçün nəzərdə tutulmuş konteynerlər
Beynəlxalq dəniz yük daşımalarının həyata keçirilməsi üçün uyğunlaşdırılmış yük dəniz və çay gəmilərindən istifadə olunur. Təcrübəli əməkdaşlarımız müştərinin ehtiyaclarından və yükün xüsusiyyətlərindən asılı olaraq, uyğunlaşdırılmıs su nəqliyyatını seçməkdə kömək edirlər: avtomobil daşınması üçün nəqliyyat, balkerlər, mal-qara daşınması üçün nəqliyyat, yükün lixterdə daşınması üçün gəmilər, gəmi-refrijeratorlar. Nəql edilən yüklərin xüsusiyyətləri xüsusi konteynerlərin seçimini şərtləndirir: müxtəlif kubaturalı ISO-konteynerlər; müxtəlif kateqoriyalı yüklərin daşınması üçün uyğunlaşdırılmış konteynerlər (ağırçəkili, əndazəsiz, tökmə, maye); maye halında yüklərn daşınması üçün çənlər (tank-konteynerlər); tezkorlanan malların daşınması üçün refrijerator konteynerlər; avtomobil və texnikanın daşınması üçün təchiz edilmiş konteynerlər, müxtəlif malların və təhlükəli yüklərin dənizlə daşınması. “AsstrA”nın mütəxəssisləri hava, dəniz, dəmir yol nəqliyyatı və avtomobillərdən istifadə etməklə monomodal və multimodal daşıma sxemlərini hazırlayırlar.
20 ildən artıqdır müxtəlif sənaye sahələrinin müştərilərinə xidmət göstərmək üzrə ixtisaslaşmışıq, bu da bizə hər bir sifarişçinin fərdi tələblərini nəzərə almaqla həllər təqdim etməyə imkan verir.
“Eleven Marine” 18 ölkədə mövcuddur, bunun sayəsində beynəlxalq daşımalar üzrə sorğunu Sizin üçün daha uyğun ofisdə rəsmiləşdirə bilərsiniz. Şirkətin mütəxəssisləri xarici dillərə yiyələniblər, bu da daşıma prosesinə nəzarəti xeyli asanlaşdırır.
İstənilən, o cümlədən qeyri-standart qabaritli xarakteristikaları olan yüklərin nəqli imkanı. Dəniz nəqliyyat vasitələrinin differensiallaşdırılması (fərqləndirilməsi) sayəsində onları konkret tələblərə uyğunlaşdırmaq imkanı mövcuddur.
Dənizlə daşıma zamanı gömrük prosedurlarının sadələşdirilməsi limanlarda, nəzarət-buraxılış məntəqələrində və dəmir yolu stansiyalarında həddən artıq yüklənmədən qaçınmağa imkan yaradır ki, bu da çatdırılma müddətini azaltmağa fürsət verir.
