Dəmİr yolu daşımaları

“Eleven Marine” dəmir yolu yük daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. Bu seqment üçün bazardakı vəziyyətdən asılı olmayaraq, böyük tələbat və yüksək yük dövriyyəsi xarakterikdir. Sabitlik və bazarın təsir bağışlayan göstəriciləri dəmir yol nəqliyyatının universal imkanları ilə izah olunur. Yük qatarları öz yükgötürmə qabiliyyətləri sayəsində xeyli həcmdə yükləri daşımaq gücündədirlər, istənilən məsafələri tez qət edirlər və malı bütöv və salamat çatdırmağa imkan verirlər. “Eleven Marine” Avropa üzrə və onun hüdudları kənarına dəmir yolu yük daşımalarını təşkil və təmin edir ki, müştərilərimiz onların bütün üstünlüklərini hiss etsinlər. Mütəxəssislərimiz sifarişçinin fərdi tələbatlarını təhlil edirlər, daşınan yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar, Avropa, MDB, Baltikyanı, Balkan və Mərkəzi Asiya ölkələri üzrə ən münasib çatdırılma marşrutunu tərtib edirlər. “Eleven Marine” marşrutun məsafəsindən asılı olmayaraq, istənilən malın vaxtında daşınmasını təmin edir. Şirkətimiz beynəlxalq nəqliyyat şirkətləri ilə məhsuldar əməkdaşlıq sayəsində çevik qiymət siyasətini aparır və sabit yüksək xidmət səviyyəsini qoruyur.

Üstü örtülü vaqonlarda və koteynerlərdə daşınan əl və ya mexaniki yükləməni tələb edən ədəd hesabı qablaşdırmada mal

Üstü açıq vaqonlarda, yaxud paltformalar və transportyorlarda daşınan kranla yükləməni tələb edən ağırçəkili və əndazəsiz (qabaritsiz) yük

Açıq vaqonlarda, yaxud xüsusi təyinatlı dəmir yol nəqliyyat vasitəsi ilə daşınan tökmə və qabsız yük

Xüsusi təyinatlı vaqonlardan istifadə etməklə avtmobillərin və digər xüsusi yüklərin daşınması

Soyutma qatarlarda termos-vaqonlar, izotermik vaqonlardan istifadə etməklə temperatur reijiminə əməl olunmasını tələb edən yüklərin daşınması

Yüngül və həcmli yüklərin (120 m3-dən artıq) daşınması

Sürət qatarlarından təşkil edilmiş qatarlarda daşımalar. Sürəti artırılmış “sərnişin sürəti” ilə böyük məsafəyə yüklərin çatdırılması

Dəmir yolu yük daşımalarını həyata keçirmək üçün bütün mümkün modifikasiyalı xüsusi qatarlar və dəmir yolu konteynerlərindən istifadə olunur. Təcrübəli əməkdaşlarımız müştərinin ehtiyaclarından və yükün özəlliklərindən asılı olaraq, uyğunlaşdırılmış nəqliyyat seçməkdə kömək edirlər. “AsstrA”nın mütəxəssisləri hava, dəniz, dəmir yol nəqliyyatı və avtomobillərdən istifadə etməklə monomodal və multimodal daşıma sxemlərini hazırlayırlar.

20 ildən artıqdır müxtəlif sənaye sahələrinin müştərilərinə xidmət göstərmək üzrə ixtisaslaşmışıq, bu da bizə hər bir sifarişçinin fərdi tələblərini nəzərə almaqla həllər təqdim etməyə imkan verir.

Daşınan yükə tam nəzarət etməklə yükün “qapıdan qapıya” çatdırılması imkanı – tərəzidə çəkmə, markalama və qablaşdırmanın qorunması. Dəmir yolu konteynerlərində daşıma və yükün müvafiq bölüşdürülməsi, o cümlədən təhlükəli yükün işarələnməsi bütün daşıma ərzində maksimum mühafizəniф təmin edir.

Təcrübəli əməkdaşlarımız dəmir yolu nəqliyyatı ilə daşıma, tranzit anbara yığma, gömrük rəsmiləşdirilməsi, yüklərin sığortalanmasından ibarət zəruri və optimal kompleks logistik xidmətlərə zəmanət verir. Dünyanın 18 ölkəsində mövcudluğumuz və 8 gömrük agentliyimizin olması bizə daşıma prosesini mütəmadi təkmilləşdirməyə, innovativ logistik həllər təklif etməyə imkan verir.

Avtomobil, dəniz və hava nəqliyyatlarından istifadə etməklə Avropa, Baltikyanı, MDB, Balkan, Mərkəzi Asiya, Çin və Yaxın Şərq ölkələrindən dəmiryol daşımalarının təşkili.