SİĞORTA XİDMƏTLƏRİ

Eleven Marine əlaqədar logistik xidmətlər qismində müştərilərinə yüklərin sığortalanmasını təklif edir. Yüklərin “bütün risklərdən” sığortalanması daşıma prosesində yükün mühafizəsi barədə narahat olmamağa imkan verən, problem yaranacağı təqdirdə isə zərərlərin tam ödənilməsi təminatını verən maksimum rahat və etibarlı həlldir. Eleven Marine müştərilərinin yükləri Avropanın iri və etibarlı sığorta şirkətləri olan “Basler Versicherung” (İsveçrə), "Zurich Versicherungs-Gesellschaft AG (Zurich Insurance Company Ltd)" (İsveçrə) və “Aktiv Assekuranz”da (Almaniya), habelə Rusiya, Belarus və Ukraynanın milli sığorta şirkətlərində sığortalanır.

Biz sığorta üzrə böyük miqdarda sifarişlər sayəsində müştərilərimizə daşıma üzrə ümumi xərcləri optimallaşdırmağa imkan verən rəqabətli sığorta tarifləri təklif edirik.

Sığortaya görə ödəniş yükün daşınmasının istənilən mərhələsində mümkündür (faxtın ödənişi ilə birlikdə). Standart servis elektron poçt və/və ya faks üzrə sığorta polisinin verilməsini və/və ya sığortanın təsdiqini nəzərdə tutur. Müştərinin xahişi ilə əlavə olaraq sənədin əsli göndərilə bilər.