Multİmodal daşımaları
- ƏSAS SƏHİFƏ
- Multİmodal
Eleven Marine multimodal yük daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. Multimodal (kombinə edilmiş, qarışıq) nəql monomodaldan fərqli olaraq iki və ya daha çox nəqliyyat növündən istifadəni nəzərdə tutur: avtomobil, hava, su və dəmir yolu. Kombinə edilmiş sxemlərdən istifadə çevik və münasib marşrut tərtib etməyə, nəqliyyat xərclərini azaltmağa, coğrafi cəhətdən uzaq məsafədə yerləşən göndərmə və gəlmə məntəqələrini “birləşdirməyə” və yüsksək sürətli çatdırılmanı təmin etməyə imkan verir. Qarışıq daşımaya görə məsuliyyəti bir şəxs daşıyır – müqavilə əsasında hərəkət edən qarışıq daşımanın operatoru. Bu cür əməkdaşlıq forması yükü göndərənin üzərinə düşən bürokratik yükü azaldır. Eleven Marine multimodal yük daşımalarını təşkil və təmin edir ki, müştərilərimiz onların bütün üstünlüklərini hiss etsinlər. Mütəxəssislərimiz sifarişçinin fərdi tələbatlarını təhlil edirlər, daşınan yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar, Avropa, MDB, Baltikyanı, Balkan və Mərkəzi Asiya ölkələri üzrə ən münasib çatdırılma marşrutunu tərtib edirlər. “AsstrA” marşrutun məsafəsindən asılı olmayaraq, istənilən malın vaxtında daşınmasını təmin edir. Şirkətimiz beynəlxalq nəqliyyat şirkətləri ilə məhsuldar əməkdaşlıq sayəsində çevik qiymət siyasətini aparır və sabit yüksək xidmət səviyyəsini qoruyur.
Ağırçəkili
Yüngülçəkili və həcmli
Tökmə (aşırma), qabsız və tara-ədədi
Böyük məsafələr üçün kiçikhəcmli yüklər
İriqabaritli (Eleven Marine bu xidmət çərçivəsində ADR əsaslı 1-ci sinif təhlükəli və iriqabaritli yükləri daşımır)
Multimodal yük daşımalarının həyata keçirilməsi üçün hava, dəniz, dəmir yolu nəqliyyatı və avtomobillərdən istifadə olunur. Təcrübəli əməkdaşlarımız müştərinin ehtiyaclarından və yükün xüsusiyyətlərindən asılı olmayaraq, uyğunlaşdırılmış nəqliyyat vasitələrini seçməkdə və bir neçə nəqliyyat növünün ən yaxşı cəhətlərini səmərəli birləşdirməkdə kömək edir.
20 ildən artıqdır müxtəlif sənaye sahələrinin müştərilərinə xidmət göstərmək üzrə ixtisaslaşmışıq, bu da bizə hər bir sifarişçinin fərdi tələblərini nəzərə almaqla həllər təqdim etməyə imkan verir.
“Eleven Marine” 18 ölkədə mövcuddur, bunun sayəsində beynəlxalq daşımalar üzrə sorğunu Sizin üçün daha uyğun ofisdə rəsmiləşdirə bilərsiniz. Şirkətin mütəxəssisləri xarici dillərə yiyələniblər, bu da daşıma prosesinə nəzarəti xeyli asanlaşdırır.
Təcrübəli əməkdaşlarımız nəqliyyatın bütün növləri ilə multimodal yük daşımaları, tranzit anbara yığma, gömrük rəsmiləşdirilməsi, yüklərin sığortalanmasından ibarət xidmətlərin tam kompleksinə zəmanət verir. Dünyanın 18 ölkəsində mövcudluğumuz və 8 gömrük agentliyimizin olması bizə daşıma prosesini mütəmadi təkmilləşdirməyə, innovativ logistik həllər təklif etməyə imkan verir.
Çatdırma müddətinə və daşımanın dəyərinə qarşı tələblərdən asılı olaraq müxtəlif nəqliyyat növünün iştirakı ilə müvafiq nəqliyyat sxemlərinin axtarışı və seçimi.
