Tİcarət xİdmətlərİ

Eleven Marine xarici iqtisadi fəaliyyət sahəsində vasitəçilik və konsaltinq xidmətləri, gömrük müşayiəti, idxal-ixrac əməliyyatlarının təşkili, distribusiya və tədarük zəncirinin idarə edilməsi daxil olmaqla, müştərilərə xarici iqtisadi fəaliyyətin kompleks xidmətini təklif edir. Qloballaşma prosesləri və milli iqtisadiyyatların möhkəmlənməsi bütün dünyadakı şirkətləri xarici tərəfdaşlarla ticarət əlaqələri qurmağa və yeni satış bazarlarını mənimsəməyə vadar edir. Belə şəraitdə kənardan təcrübəli logistik provayderin dəstəyi və logistik autsorsinq maliyyə xərclərinin yaranma riskini azaltmağa və yeni bazarlara uğurla çıxmaq ehtimalını artırmağa imkan verir. Eleven Marine müştərilərinə xarici ticarət fəaliyyəti üzrə kompleks müşayiətin və beynəlxalq daşınmaların bütün üstünlüklərindən istifadə etməyə kömək göstərir. Bizim mütəxəssislərimiz 20 ildən artıqdır münasib nəqliyyat marşrutlarını hazırlayırlar və Avropa, Asiya ölkələrində ticarət xidmətləri göstərirlər.Eleven Marine-nın əməkdaşları müştərinin fərdi tələbatlarını nəzərə alırlar, müəyyən edilmiş müddətə ciddi əməl etməklə nəqli sərfəli qiymətə təmin edirlər, gömrükdən tez keçmək üçün zəruri rəsmiləşdirmələrə əməl etməyə və xarici iqtisadi sazişlərin müşayiəti üçün tam sənədlər paketini rəsmiləşdirməyə kömək edirlər. Şirkət etibarlı tərəfdaşlarla əməkdaşlıq sayəsində çevik qiymət siyasəti aparır və İsveçrə servis səviyyəsini dəstəkləyir.

Ticarət xidmətləri logistik autsorsinq kateqoriyasına daxildir. Logistik autsorsinq şirkətin ənənəvi olaraq daxili əməkdaşları və öz resurslarını cəlb edərək fəaliyyəti həyata keçirmək üçün üçüncü şəxslərdən strateji istifadəni nəzərdə tutur. Eleven Marine dördüncü səviyyəli logistik provayderdir (4PL). Bu o deməkdir ki, şirkətin əməliyyat logistika fəaliyyətindən başqa, tədarük zəncirinin idarə edilməsi və inteqrasiyası, resursların seçimi və onları idarəetmə üzrə ümumi strateji funksiyaları yerinə yetirir. Eleven Marine ticarət xidmətləri sahəsində maksimum geniş səlahiyyətə malikdir. Belə ki, şirkətin mütəxəssisləri xarici iqtisadi fəaliyyətin müşayiəti çərçivəsində müştərinin gömrük, kommersiya və valyuta risklərinin qiymətləndirməsini aparır, istehsalçı ilə tədarükləri əlaqələndirir və tam maliyyə hesabatlılığını təqdim edir.

Eleven Marine şirkəti 20 ildən artıqdır beynəlxalq yük daşımalarını təşkil edir və ticarət xidmətlərini göstərir. Şirkət fəaliyyət göstərdiyi illər ərzində sənayenin müxtəlif sahələrinin özəlliklərini öyrənib. Hər bir müştərinin fəaliyyət sahəsinin xüsusiyyətlərini anlama bizə ən mürəkkəb logistik tapşırıqların səmərəli həllərini hazırlamağa imkan verir.