Konsaltinq Xİdmətlərİ
- ƏSAS SƏHİFƏ
- Konsaltinq
Hazırda əksər milli və dünya bazarları yüksək rəqabət səviyyəsi ilə xarakterizə edilir. Müasir şirkətlər lider mövqelərini qorumaq üçün daim innovativ həllər hazırlamağa, irəliləyişin unikal metodlarını tətbiq etməyə, unikal özəlliklərə malik məhsullar və xidmətlər təklif etməyə çalışır. Eleven Marine Sizin etibarlı tərəfdaşınızdır. Şirkətimiz çoxillik təcrübə, servisə İsveçrə tərzi yanaşması, logistika və xarici iqtisadi fəaliyyət sahəsində özünün geniş məhsul çeşidi sayəsində keyfiyyətcə yeni məhsulun yaradılması, rəqabətli üstünlüklərin əldə edilməsi, logistika xərclərinin optimallaşdırılması və xarici iqtisadi fəaliyyət sahəsində risklərin azaldılması üçün sadiq dayaqdır.
Eleven Marine nin yüksəkixtisaslı mütəxəssisləri Sizin cari tədarük zəncirlərinin auditini aparmaq, xərclərin azaldılması yollarını tapmaq və həllərin optimalllaşdırılması üzrə ardıcıl fəaliyyət planını hazırlamaq, habelə Avropa, MDB və Asiyanın yeni bazarlarına çıxmağın logistik sxemlərini hazırlamaq və tətbiq etmək üçün zəruri təcrübə və ekspert biliklərinə sahibdirlər.
Eleven Marine nin yüksəkixtisaslı mütəxəssisləri Sizin logistik proseslərin təhlilini aparacaqlar və xərclərin optimallaşdırılması hesabına xərclərin azaldılması üsullarını təklif edəcəklər.
Şirkətin mütəxəssisləri sahənin xüsusiyyətindən, fərdi tələblərdən və qarşıya qoyulmuş vəzifələrdən çıxış edərək logistik audit əsasında hər bir müştəri üçün optimal həllər seçəcəklər.
Siz fərdi yanaşmalarınızdan asılı olaraq Eleven Marine nin kompleks xidmətinə güvənə bilərsiniz. Biz zəruri və optimal kompleks nəqliyyat və logistik xidmətlər, gömrük rəsmiləşdirilməsi, konsolidasiya və distribusiya ilə uyğunluq çərçivəsində idxal-ixrac müşayiəti, logistik layihələrin optimallaşdırılması ilə birlikdə tədarük zəncirlərinin idarə edilməsini təqdim edirik.
Eleven Marine nin təcrübəli mütəxəssisləri yükün xüsusiyyətlərindən asılı olaraq bütün zəruri mal müşayiət sənədlərinin rəsmiləşdirilməsini təmin edirlər.
