Hava yolu daşımaları
- ƏSAS SƏHİFƏ
- Hava yolu
“Eleven Marine” beynəlxalq hava yük daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. Son illər sərnişin daşımaları seqmentində tələbat azaldığı halda, yük daşımaların həcmi sabit şəkildə artır. Yüklərin hava nəqliyyatı ilə daşınmasına istənilən bazar şəraitində tələbat var, çünki hava nəqliyyatı yükləri istənilən məsafəyə operativ çatdırmağa, yükün təhlükəsizliyinə zəmanət verməyə və itki, korlanma və ya oğurlanma risklərini azaltmağa imkan verir. “Eleven Marine” yük aviadaşımalarını təşkil və təmin edir ki, müştərilərimiz onların bütün üstünlüklərini hiss etsinlər. Mütəxəssislərimiz sifarişçinin tələbatlarını təhlil edirlər, daşınan yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar, ən münasib çatdırılma marşrutunu tərtib edirlər və yükün hava yolu ilə daşınmasının dəyərinin hesablanmasını həyata keçirirlər. “Eleven Marine” marşrutun məsafəsindən və xüsusiyyətlərindən asılı olmayaraq, istənilən malın vaxtında daşınmasını təmin edir. Şirkətimiz beynəlxalq hava yolları ilə məhsuldar əməkdaşlıq sayəsində çevik qiymət siyasətini aparır və sabit yüksək xidmət səviyyəsini qoruyur.
Yükün göndərəndən uçuş aeroportuna daşınması.
Müntəzəm və çarter aviareyslərində aviadaşımaların təşkili.
Uçuş və eniş aeroportlarında təmsilçilik xidmətləri.
Uyğunlaşdırılmış anbarlarda yükün saxlanılması və xidmət göstərilməsi.
Zəruri müşayiət və gömrük sənədlərinin rəsmiləşdirilməsi.
Daşımanın bütün mərhələlərində yükün vəziyyətinə və olduğu yerə nəzarət.
Yükün eniş aeroportundan alıcıyadək çatdırılması.
Avropa üzrə və onun hüdudların kənarına yüklərin hava yolu ilə daşınmasını həyata keçirmək üçün xüsusi hava gəmilərindən istifadə olunur. Təcrübəli əməkdaşlarımız müştərinin ehtiyaclarından və yükün xassələrindən asılı olaraq, uyğunlaşdırılmış yük təyyarəsini seçməyə kömək edirlər. Eleven Marine - nin mütəxəssisləri hava, dəniz, dəmir yol nəqliyyatı və avtomobillərdən istifadə etməklə monomodal və multimodal daşıma sxemlərini hazırlayırlar.
20 ildən artıqdır müxtəlif sənaye sahələrinin müştərilərinə xidmət göstərmək üzrə ixtisaslaşmışıq, bu da bizə hər bir sifarişçinin fərdi tələblərini nəzərə almaqla həllər təqdim etməyə imkan verir.
Daşınan yükə tam nəzarət etməklə yükün “qapıdan qapıya” çatdırılması imkanı – tərəzidə çəkmə, markalama və qablaşdırmanın mühafizəsi.
Avtomobil, dəniz və dəmir yolu nəqliyyatından istifadə etməklə Avropa, Baltikyanı, MDB, Balkan, Mərkəzi Asiya, Çin və Yaxın Şərq ölkələrinin ərazilərinə daşımaların təşkili.
Uçuş və eniş aeroportunda gömrük dəstəyinin təşkili.
